AZ

Kremli Ukrayna ərazisi maraqlandırmır, əsas məqsəd budur

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanı ikinci Belarus dövlətinə çevirməyənə qədər onunla sülh sazişi imzalamaq niyyətində deyil. Kreml üçün ərazi məsələləri əslində o qədər də maraqlı deyil.

Axar.az xəbər verir ki, bunu “Blumberq”ə müsahibəsində Böyük Britaniyanın MI6 gizli kəşfiyyat xidmətinin keçmiş direktoru Riçard Mur bildirib.

“Böyük Britaniyada biz bu müharibənin aparılması və ukraynalılara necə dəstək olmağımız barədə çox aydın baxışlara malikik. Bizim məsuliyyətimiz ondan ibarətdir ki, kəşfiyyatın dediklərini dəqiq şəkildə çatdıraq. Kəşfiyyat isə bizə, məsələn, bildirir ki, Putin heç bir razılaşma bağlamaq niyyətində deyil, çünki onun üçün bu, təkcə ərazi məsələsi deyil, əsas olan Ukraynanı onun qonşusu Belarus kimi bir dövlətə çevirmək və ona hökmranlıq etməkdir”, – deyə o söyləyib.

Murun fikrincə, Ukraynada sülhə nail olmağın yeganə yolu Rusiyaya daha böyük təzyiq göstərməkdir ki, Putini sülh danışıqlarına oturmağa məcbur etsinlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
axar.az

1Mənbələr