AZ

Futbol üzrə dünya çempionatının püşkü atılıb

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Xzerxeber.az xəbər verir ki, tədbir Vaşinqtonda təşkil olunub.

A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, D yolunun qalibi (Danimarka/Şimali Makedoniya - Çexiya/İrlandiya cütünün qalibi)

B qrupu: Kanada, Qətər, İsveçrə, A yolunun qalibi (İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina cütün qalibi)

C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya

D qrupu: ABŞ, Paraqvay, Avstraliya, C yolunun qalibi (Türkiyə/Rumıniya - Slovakiya/Kosovo cütünün qalibi)

E qrupu: Almaniya, Kurasao, Kot d`İvuar, Ekvador

F qrupu: Niderland, Yaponiya, B yolunun qalibi (Ukrayna/İsveç - Polşa/Albaniya cütünün qalibi), Tunis

G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya

H qrupu: İspaniya, Kabo Verde, Səudiyyə Ərəbistanı, Uruqvay

I qrupu: Fransa, Seneqal, Norveç, FIFA qitələrarası 2-ci pley-offun qalibi (İraq - Boliviya/Surinam cütünün qalibi)

J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya

K qrupu: Portuqaliya, FIFA qitələrarası 1-ci pley-offun qalibi (Konqo Demokratik Respublikası - Yeni Kaledoniya / Yamayka cütünün qalibi), Özbəkistan, Kolumbiya

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Açılış oyununda Meksika ilə Cənubi Afrika Respublikası qarşılaşacaq.

DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.

  • Futbol
Seçilən
36
36
xezerxeber.az

10Mənbələr