Cənubi Afrika Respublikasının (CAR) sahil sularında balıq populyasiyasının kəskin azalması səbəbindən unikal pinqvin növü olan Afrika pinqvinlərinin nəsli sürətlə kəsilir.
Bu barədə CAR-ın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Nazirliyinin Böyük Britaniyadakı Ekseter Universiteti ilə birgə hazırladığı hesabata bildirilir.
Hesabata görə, son 30 ildə Afrika pinqvinlərinin sayı 95% azalıb və bu da növün nəsli kəsilmək üzrə olduğunu göstərir. Bildirilir ki, 2004-2011-ci illər arasında 60 000-dən çox pinqvin aclıqdan ölüb.
Hazırda Afrikada vəhşi təbiətdə təxminən 20 000 pinqvin yaşayır. Mütəxəssislərin fikrincə, qitə pinqvinləri 2036-cı ilə qədər tamamilə məhv olacaq.