Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü olan 78 yaşlı sənət adamının yaşadığı ünvandakı ziyarətdə, şairin yaxınları və rayonun məsul şəxsləri iştirak ediblər. Gənclik illərindən poeziyaya böyük maraq göstərən qocaman şair yaradıcılığından söz açaraq bildirib ki, “Şair niyə qocalmasın”, “Kövrək olur şair qəlbi”, “Poeziya mənim həyatımdır” və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görub. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın zəngin ədəbiyyatı, incəsənəti və mədəniyyətinə, sənətə, sənət adamlarına yüksək diqqət və qayğı ənənəsi bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir.
Məlumat üçün qeyd edək ki, Nəbiyev Qurban Həmid oğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. Atası ölkəmizin “Əməkdar müəllim” adını qazanmış ilk müəllimlərindən olub. O, 1978-ci ildə Bakı İnşaat İnstitutunu bitirib və ixtisası üzrə mühəndis kimi ayrı-ayrı sahələrdə uğurla fəaliyyət göstərib. Ailəli olan şairin iki qız və bir oğul övladı var.
Dəyərli şairimizə möhkəm can sağlığı və yaradıcılıq həyatında daha yüksək müvəffəqiyyətlər arzu edirik!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta