
Ulusum.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov tanınmış şair, AYB və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, 78 yaşlı Qurban Həmid oğlunu evində ziyarət edib.
Görüşdə şairin ailə üzvləri və rayonun bir sıra məsul şəxsləri iştirak ediblər.
Söhbət zamanı qocaman şair poeziyaya sonsuz sevgisindən danışaraq “Şair niyə qocalmasın?”, “Kövrək olur şair qəlbi”, “Poeziya mənim həyatımdır” kimi əsərlərinə toxunub və 2021-ci ildə nəşr olunan iki cilddə beş kitabından bəhs edib.Görüşdə Ulu Öndər Heydər Əliyevin ədəbiyyat və sənət adamlarına göstərdiyi qayğının bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Qeyd edək ki, Qurban Həmid oğlu 1947-ci il 30 oktyabrda Ağstafanın Muğanlı kəndində müəllim ailəsində dünyaya gəlib. Atası ölkənin ilk “Əməkdar müəllim”lərindən biri olub.
O, 1978-ci ildə Bakı İnşaat İnstitutunu bitirib və mühəndis kimi müxtəlif sahələrdə uğurla çalışıb.R.Daşdəmirova
Diqqət Çəkənlər
Gəncədə kuryerlə qadın sürücü arasında yol hərəkəti zamanı münaqişə yaşanıb
Gəncə “Dubay bazarı”nda bıçaqlanma — Məhkəmə hökmü elan olundu
Bu gün hava necə olacaq?