AZ

Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq, 202 milyon 978 min 86 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Azərbaycana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz azalaraq, 18 milyon 485 min 43 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 479 milyon 757 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 17 milyard 483 milyon 313 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
54
9
turkic.world

10Mənbələr