AZ

“Real”ın futbolçusuna Səudiyyə Ərəbistanından fantastik təklif

style='margin-bottom:10px;'>

“Real”ın hücumameyilli yarımmüdafiəçisi Brahim Diaz karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə "OK Diario" məlumat yayıb.

Ərəblər futbolçuya 4 illik müqavilə qarşılığında ümumilikdə 120 milyon avro (illik 30 milyon avro) qazanc vəd edirlər. Səudiyyə təmsilçilərinin hələ ötən yay Diazla maraqlandığı, indi isə təklifi daha da yaxşılaşdırdığı bildirilir.

Futbolçunun gələcəyi ilə bağlı yekun qərarı Dünya Çempionatından sonra verəcəyi qeyd olunur. “Real” rəhbərliyi oyunçunu komandada saxlamaq istəsə də, onun az oyun praktikası qazanması ayrılıq ehtimalını artırır.

Qeyd edək ki, 2025/2026 mövsümündə 16 matçda iştirak edən Diaz meydanda cəmi 454 dəqiqə qalıb.

Seçilən
40
3
teleqraf.com

5Mənbələr