AZ

Merts, Starmer və Makron Londonda Ukrayna üzrə məsləhətləşmələrə qatılacaq

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Almaniya Kansleri Fridrix Merts dekabrın 8-də Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün Londona səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Korneliusun açıqlamasına istinadən məlumat yayıb.

Məsləhətləşmələrdə Merts ilə yanaşı, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, həmçinin Ukrayna lideri Volodimir Zelenski də iştirak edəcəklər. Onların Rusiya–Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqların gedişini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, 4 və 5 dekabrda Floridada ABŞ və Ukrayna nümayəndələri Vaşinqtonun təklif etdiyi sülh planı üzrə danışıqlar aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
33
azpolitika.info

10Mənbələr