AZ

Yevlaxdakı yanğında daha bir nəfər öldü

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Dekabrın 5-də Yevlaxda baş verən yanğın nəticəsində xəsarət alan 58 yaşlı kişi xəstəxanada dünyasını dəyişib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yanğın zamanı yaralananlar arasında 58 yaşlı Kamran Mayıl oğlu Mehdiyev həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Qeyd edək ki, şəhər ərazisində evdə baş vermiş yanğın hadisəsi nəticəsində 1 nəfər ölmüş, 2 nəfər isə yanıq xəsarətləri almışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
axar.az

1Mənbələr