AZ

Heqset: ABŞ Müttəfiqləri ilə qlobal müdafiə qalxanı formalaşdırmaq istəyir

ABŞ bütün dünyada fəaliyyət göstərə biləcək qlobal müdafiə qalxanı yaratmaq üçün müttəfiqləri ilə əməkdaşlıq etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Kaliforniyada təşkil edilən forumda çıxış edərkən bildirib.

Çıxışı zamanı o, Vaşinqtonun müttəfiqlərinin, o cümlədən Hind-Sakit Okean bölgəsində müdafiə xərclərini artırma ehtimalına nikbinlik ifadə edib.

"Bu, özlərini, öz maraqlarını və bütün başqalarının maraqlarını müdafiə etməyə hazır olan dünyanın hər yerində yaxşı silahlanmış müttəfiqlərlə güclü ortaq müdafiə qalxanı yaradacaq", - Pentaqon rəhbəri bildirib.

Seçilən
43
1
apa.az

2Mənbələr