“Arsenal”ın hücumçusu Viktor Dyökereş İngiltərə Premyer Liqasının 15-ci turunda komandasının “Aston Villa” ilə oyununu şərh edib.
İdman.Biz bildirir ki, qarşılaşma 2:1 hesabı “Aston Villa”nın xeyrinə qurtarıb.
“Nəticədən, şübhəsiz ki, məyus olduq. Hazırda bu, o qədər də yaxşı hiss deyil, amma dekabr ayıdır və qarşıda hələ çox oyun var. Qol şansları yaratmağa və zərbələr endirməyə davam etməliyik, çünki məhz bu zaman qol vurmaq üçün şanslarımız olur. Beləliklə, bəli, əlbəttə ki, müsbət məqamlar var, sadəcə, oyunumuzu bir az yaxşılaşdırmalıyıq”, - klubun rəsmi saytında Dyökeresdən sitat gətirilir.
İngiltərə Premyer Liqasında oynanılan 15 oyundan sonra “Arsenal” 33 xalla turnir cədvəlinə başçılıq edir.