Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hazırkı vəziyyət 2022-ci ilin əvvəlindən bəri sülh danışıqları üçün ən pis mərhələdir.
Axar.az xəbər verir ki, bunu Ali Radanın deputatı Roman Kostenko deyib.
“Mən hesab edirəm ki, hazırda 2022-ci ilin əvvəlindən bəri danışıqlar baxımından ən pis vəziyyətlərdən biridir. Buna isə birbaşa cəbhədəki gedişat təsir edir”, – deyə o bildirib.
Deputatın sözlərinə görə, həqiqətən də rusların təzyiq göstərdiyi çətin istiqamətlər var, lakin ümumilikdə cəbhədə kritik vəziyyət yoxdur:
“ABŞ-dakı bəzi həmkarlarımla, senatorlarla danışmışam. Onlar üçün Pokrovsk sözü artıq bütün Donbası assosiasiya edən bir ada çevrilib. Deyirlər ki, biz Pokrovsku itirəcəyik. Mən deyirəm: “Hələ itirməmişik və itirəcəyimiz də sual altındadır”. Onlar üçün Pokrovsk elə bil bütün Donbası itirməyimiz deməkdir. Danışıqlar masasında yaratdığımız ilk təsəvvür də budur. Mən bilirəm, orada da belə səslənir ki, guya indi Pokrovsku itirəcəyik”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.