BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.
TurkicWorld-un məlumatına görə, bu barədə fransalı lider sosial şəbəkə hesablarında məlumat yayıb.
“Onunla son beynəlxalq müzakirələrimi bölüşdüm. Xüsusən Çində Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələ ətrafında geniş danışdıq” .
“The Independent” daha əvvəl yazıb ki, Makron Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə birlikdə Londonda Zelenski ilə görüşəcək .