AZ

Messi karyerasının 48-ci kubokunu qazandı

ABŞ-da MLS Kubokunun qalibi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, həlledici oyunda Lionel Messinin çıxış etdiyi "İnter Mayami" "Vankuver" ilə qarşılaşıb. 

Serxio Busqets və Jordi Albanın karyeralarının son oyunlarını keçirdiyi  matçda Tomas Müllerli rəqibə 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, MLS-in qalibi olan Messi karyerasında 48-ci kubokunu başı üzərinə qaldırıb. O, "Barselona" ilə 35, PSJ ilə 3 və "İnter Mayami" ilə 4 kubok qazanıb. Həmçinin onun milli komandada da 6 titulu var. 

Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilədək nəzərdə tutulub. Cari mövsümdə o, bütün turnirlərdə 41 oyunda iştirak edib, 38 qol vurub və 23 məhsuldar ötürmə edib.

 

Seçilən
35
fanat.az

1Mənbələr