Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukraynada və Avropada ABŞ Prezidenti Donald Tramp administrasiyasının apardığı sülh danışıqları ilə bağlı narahatlıq artır.
Axar.az xəbər verir ki, bunu “Le Monde” portalı yazıb.
Bildirilir ki, bu danışıqlarda ABŞ Avropanı nəzərə almır və onun rolunu kiçildir:
“Vaşinqton hələ də Rusiya lideri Vladimir Putinlə hər hansı ciddi kompromis əldə edə bilməyib, Putin isə müharibənin dayandırılması üçün maksimalist tələblər irəli sürməyə davam edir.
Ukraynalıları və onların Avropadakı müttəfiqlərini narahat edən əsas məqam ABŞ-ın sülh danışıqlarına Avropanı cəlb etmək niyyətində olmamasıdır. Trampın iki nümayəndəsinin Putinlə görüşündən cəmi bir neçə saat sonra Kremlin rəhbərinin məsləhətçisi Kirill Dmitriyev bildirib ki, ABŞ və Rusiya tərəflərinin müzakirə etdiyi “sülh planı” 27 bənddən ibarət olub. Bu isə Moskvanın tələblərinə cavab verən ilkin sənəddən cəmi bir bənd azdır.
Bu, Ukrayna və Avropada belə bir fikir yaradır: 23 noyabrda Cenevrədə avropalılar, amerikalılar və ukraynalılar arasında keçirilən və sülh planının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, eləcə də ən problemli bəndlərin çıxarılması məqsədi daşıyan danışıqlar Vaşinqton tərəfindən nəzərə alınmayıb”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.