AZ

Biləsuvarda qəzada ölənlərin ikisi qardaşdır – (YENİLƏNİB)

Biləsuvarda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə gecə saat 2 radələrində baş verib. Belə ki, maşında olanlar yaxın qohumlar və dostlar olub. Onlardan biri Biləsuvar rayonunun Bəydili kəndinə gedirmiş. Yolda hərəkətdə olarkən sürücü sərt döngədə idarəetməni itirərək kanala aşıb. Qəza nəticəsində 4 nəfər hadisə yerində ölüb. Bir nəfər xəstəxanaya hospitalizasiya olunub. Buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qəzada ölənlərdən ikisi qardaş, birinin əmioğlu və dostlar olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

***10:55

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan NOCOMMENT.az-ın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.

***10:21

Xəbər verdiyimiz kimi Biləsuvar rayonunda baş verən ağır yol qəzası nəticəsində 5 nəfər həyatını itirib.

NOCOMMENT.az-ın Cənub bürsonun məlumatına görə 4 nəfər hadisə yerində, sürücü isə xəstəxanada həyatını itirib.

***09:47

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Belə ki, gecə saatlarında kənd daxilində yolda idarəetmədən çıxan “Lexus” markalı minik avtomobili kanala aşıb.

Qəzada maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aisha Abdulova

Seçilən
12
7
nocomment.az

5Mənbələr