AZ

Rəqəmsal dövrdə gənclər daha çox tənhalıq hiss edir Yeni araşdırma

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rəqəmsal dövrdə təhsilli insanlar, xüsusən də qızlar, həm çox ünsiyyətcil, həm də çox tənhadırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "CNBC Make It's" yeni bir araşdırmaya istinadən yazır.

Yeni araşdırma "Pew Research Center" tərəfindən yayımlanıb. Orda deyilir ki, 18–29 yaş arası insanların təxminən 1/4, yəni 24 faizi, daim və ya vaxtın böyük hissəsində özlərini tənha və ətrafdan qopmuş hiss etdiklərini bildiriblər. Lakin gənclərdə tənha olma hissi dost çatışmazlığından qaynaqlanmaya da bilər.

"Plos One" elmi jurnalında dərc edilən başqa bir araşdırmada yaşın iki göstərici ilə əlaqəsi öyrənilib: sosial rifah - ünsiyyət və dost dəstəyi səviyyəsi - və sosial narahatlıq - tənha qalmaq və başqaları ilə əlaqənin qırılması hissi.

Kanzas Universitetinin kommunikasiya üzrə professoru və araşdırmanın həmmüəllifi Ceffri Hollun sözlərinə görə, alimlər müəyyən edib ki, bir qrup insan eyni anda "yüksək tənha olma səviyyəsi və yüksək sosial bağlılıq səviyyəsi” yaşayır. Bu qrup isə gənc, təhsilli qadınlardan ibarətdir.

Qeyd olunur ki, qadınlar dostluqda daha yüksək gözləntilər irəli sürməyə meyllidirlər. Bu gözləntilər dostların onlara səmimi qayğı göstərməsi, keyfiyyətli zaman keçirməsi və xoş ünsiyyət mühiti yaratması ilə bağlı olur.

Holl izah edir ki, çoxlu dostların olsa belə, yenə də dostluğun daha dərin olması lazım olduğunu hiss edə bilərsən.

Gənclərin tənha olma səviyyəsini azaltmaq üçün Holl mədəniyyətin karyera yarışına diqqəti zəiflətməyin və sosial əlaqələrə daha çox önəm verməyin vacibliyini vurğulayır.

"Müasir gənclərdən heç vaxt olmadığı qədər uzun müddət və daha böyük iqtisadi qeyri-müəyyənlik şəraitində çoxsaylı dostluq əlaqələrini qorumaqla yanaşı, karyera uğurlarına can atmaq tələb olunur", deyə o bildirib.

Məsələn, kimsə sosial çevrəsindən uzaq məsafəyə köçməyi tələb edən işdən imtina etsə, həmin şəxs qınanmamalı və özünü pis hiss etməyə məcbur edilməməlidir.

Lakin məqalədə qeyd olunur ki, belə kollektiv düşüncə dəyişikliyi zaman tələb edəcək. Hələlik isə gənclər önəm verdikləri insanlarla daha keyfiyyətli ünsiyyət qurmaq və əlaqələri möhkəmləndirmək üçün aşağıdakı addımları ata bilərlər.

Professor vurğulayıb ki, tənha olma hissi insanın özündə nəyinsə "qüsurlu” olduğunu göstərmir, sadəcə olaraq ünsiyyətə ehtiyacın olduğunu bildirir: "Tənha hiss etmək sağlam sistemin necə işlədiyinin bir hissəsidir. Əsas məsələ bu hisslə necə davranacağınızdır”.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
qaynarinfo.az

2Mənbələr