BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsindən üç il ötür. Gəminin istifadəyə verilməsi mərasimi 7 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
TurkicWorld xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Məlumata əsasən, Xəzər dənizində istismar edilən tanker üç il ərzində müxtəlif limanlara ümumilikdə 130 səfər həyata keçirib və sözügedən dövrdə 852 449 101 ton neft və neft məhsulu daşıyıb.
Bildirilib ki, son bir ildə isə gəmi 46 səfər edib və bu müddətdə 287 935 993 ton yükü təyinat limanına çatdırıb.
Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7 800 tondur.