AZ

Lokomotiv sərnişin qatarına çırpılıb, xəsarət alanlar var

Tailandın qərbində yerləşn Kançanaburi vilayətində lokomotivlə sərnişin qatarının toqquşması nəticəsində 18 turist xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb. Hadisə Namtok dəmir yolu stansiyasında baş verib. Sərnişin vaqonları planlı lokomotiv dəyişikliyini gözləyərkən yaxınlaşan teplovoz qəfil sərnişin vaqonuna çırpılıb. Nəticədə içəridə olan insanlar xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır. Stansiya işçilərinin sözlərinə görə, qəzaya lokomotivdəki nasazlıq səbəb olub. Hərəkətsiz vaqonlara doğru geri hərəkət edərkən əyləclər sıradan çıxıb və nəticədə toqquşma baş verib.

Seçilən
14
avtosfer.az

1Mənbələr