AZ

Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz azalaraq, 88 milyon 230 min 62 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında İrana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz azalaraq, 7 milyon 781 min 59 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 479 milyon 757 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 17 milyard 483 milyon 313 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Seçilən
6
19
turkic.world

10Mənbələr