AZ

Van UFC-də çempion olan ilk asiyalı kişi döyüşçü kimi tarixə düşüb

Myanmalı döyüşçü Coşua Van UFC 323 turnirində Braziliya təmsilçisi Alexandre Pantojanı texniki nokautla məğlub edərək ən yüngül çəki dərəcəsində çempion titulunu qazanıb.

“İki sahil” xəbər verir ki,  turnir ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib. Döyüş cəmi 25 saniyə davam edib və Pantoja yıxılarkən aldığı zədə səbəbindən dayandırılıb.

24 yaşlı Vanın MMA karyerasında 16 qələbə və 2 məğlubiyyət var. O, XXI əsrdə doğulan döyüşçülər arasında UFC çempionu olan ilk idmançı olub. Qələbə anında 24 il 1 ay 27 gün yaşı olan Van təşkilatın ən gənc çempionları siyahısında ikinci yeri tutub. Birinci yerdə 23 yaş 2 ayında titul qazanmış Con Cons qərarlaşıb. Bununla yanaşı, Van UFC-də çempion olan ilk asiyalı kişi döyüşçü kimi tarixə düşüb.

35 yaşlı Pantojanın MMA-da 30 qələbəsi və 6 məğlubiyyəti var. O, 2023-cü ilin iyulunda meksikalı Brendon Morenonu məğlub edərək UFC çempionu olub və ardıcıl dörd uğurlu titul müdafiəsi həyata keçirib.

Seçilən
13
ikisahil.az

1Mənbələr