Qahirə, 7 dekabr, AZƏRTAC
Dekabrın 8-də Əbu-Dabidə 4-cü qlobal Maliyyə Həftəsi işə başlayacaq. Dekabrın 11-dək davam edəcək tədbirdə dünya ÜDM-nin yarısından çoxuna bərabər olan, qlobal miqyasda 62 trilyon dollardan çox aktivləri idarə edən şirkətlərin liderləri, Baş direktorları və təsisçiləri iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, həftə ərzində 60-dan çox tədbir, 300-dən çox sessiya keçiriləcək, 800 beynəlxalq mütəxəssis çıxış edəcək.
Əbu-Dabi Maliyyə Həftəsinin rəsmi sözçüsü Məhəmməd əl-Muheyri bildirib ki, tədbir Əbu-Dabi Qlobal Bazarının (ADGM) və bütün Əbu-Dabi iqtisadi ekosisteminin aparıcı mövqeyini göstərir.
Maliyyə Həftəsi ərzində Əbu-Dabi İqtisadi Forumu, Qlobal Bazarlar Sammiti, İnvestorlar Forumu, Qrinviç İqtisadi Forumu, İnfrastruktur Forumu və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə