AZ

“İlk hissə kəşfiyyatxarakterli idi” - Elnur Çodarov

Misli premyer-liqasının 14-cü turunda “Şamaxı” “Karvan-Yevlax”ı darmadağın etdi - 0:3.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Şamaxı”nın köməkçi məşqçisi Elnur Çodarov jurnalistlərin suallarını cavablayıb.

- Gərgin oyun alındı. Maraqlı oldu. İlk hissə kəşfiyyatxarakterli idi. “Qarabağ”la tam fərqli oynamışdılar. Analiz etmişdik. İkinci hissədə sürəti artırdıq, istəyimizə nail olduq. Davud debüt etdi. Təbrik edirəm. 6 futbolçu sonda azərbaycanlı idi.
- Balau ayın qolunu vurmağa öyrəşib. İndi də mümkün ola bilər?
- Oxşar qol idi. Ümid edək ki, ayın qolu seçilər.
Azarkeşlər oyunun sonunda sizi dəstəkləyirdi.
Nə isə demək çətindi. Onları səbrli olmağa çağırıram.
- Azər Həşimovlu “Karvan-Yevlax”ı da 3:0 məğlub etmişdiz. Füzuli Məmmədov daha çox çətinlik yaratdı?
- Məşqçi barədə danışmayaq.
- Süni qazonda oynadız. Necədi stadion?
Ağır idi. Sərt rezinlərdi. Yağış üzümüzə baxdı (gülür).

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
23
4
football-plus.az

5Mənbələr