AZ

Netanyahu: Qəzzada Almaniya və Yaponiya modelləri tətbiq oluna bilər

BAKI, 7 dekabr. TELEQRAF

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı planın üçüncü mərhələsinin bölgənin "radikallaşmadan çıxarılması" olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Almaniya kansleri Fridrix Merts ilə dekabrın 7-də keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bir çoxlarının mümkünsüz hesab etdiyi bu proses tarixin müxtəlif dövrlərində uğurla həyata keçirilib:

"Üçüncü bir mərhələ var bu, Qəzzanın radikallaşmadan çıxarılmasıdır. Bir çoxları bunun mümkünsüz olduğunu düşünürdü. Amma bu, Almaniyada edildi, Yaponiyada edildi, Körfəz ölkələrində edildi. Qəzzada da edilə bilər".

Seçilən
21
3
teleqraf.com

5Mənbələr