“Qarşıdakı 3 turdan azı 4 xal toplamaq “Qarabağ”ı pley-offa çıxara bilər”.
Bu fikirlər “Sportinto TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist Ağdam klubunun Çempionlar Liqasında növbəti mərhələyə adlamaq şansını dəyərləndirib.
Sitat:
“Napoli“yə uduzmaqla faciə baş verməyib. Beş oyuna 7 xalı “Barselona“ da toplayıb,
“Yuventus“,“Benfika“,“Atletik Bilbao“ isə hələ də “Qarabağ“a aşağıdan-yuxarı baxır. Növbəti rəqib isə dekabarın 10-da Bakıda “Ayaks“ olacaq.
Liqada bütün 5 oyunun hamısını uduzan tıək komanda olan “Ayaks“.
Bu, lap yaxın illərdə bizə xəyal kimi gələrdi, amma indi vəziyyət elədir ki. biz “Ayaks“a, Niderland futbolunun brendinə, Avropanını ən yaxşı futbol akademiyalarından birinə malik klubla matça 3 xal kimi baxırıq.
Allah peşman etməsin! Hazırlaşaq dekabrın 10-na“.