AZ

Trampla görüşəndə bunu müzakirə edəcəyəm Netanyahu

ain.az bildirir, Axar.az portalına istinadən.

Qəzzada atəşkəsin birinci mərhələsi, demək olar ki, başa çatıb. Tezliklə ikinci mərhələyə keçməyi planlaşdırırıq.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında deyib.

"Sonuncu girov, serjant Ran Qvilinin cəsədinin geri qaytarılmasından sonra, tezliklə ikinci mərhələyə keçməyi gözləyirik və bu mərhələ daha çətin olacaq.

Bu ayın sonlarında ABŞ Prezidenti Donald Trampla görüşəndə bunu müzakirə edəcəyəm: Qəzzada HƏMAS hakimiyyətinə necə son qoymaq olar?! Çünki bu, Qəzzanın və Qəzza ilə üzləşən bizim üçün fərqli gələcəyin təmin edilməsinin vacib hissəsidir.

Üçüncü mərhələ Qəzzanı radikalizasiyadan təmizləmək olacaq və bu, İkinci Dünya müharibəsindən sonra Almaniyada edilib”, - Netanyahu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
axar.az

2Mənbələr