Benində hərbi qrupun hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.
Day.Az-ın məlumatına görə, bu barədə "24 Heures au Benin" xəbər portalı bildirib.
Məlumata əsasən, çevriliş Milli Qvardiya bölmələri tərəfindən yatırılıb. Üsyançılar həbs edilib və konstitusiya qaydası bərpa edilib.
Həbs üsyançıların həmin səhər efirə çıxdığı, dövlət çevrilişi və prezident Patris Talonun devrilməsi elan etdiyi Benin Yayım Korporasiyasının binasında baş tutub. Qrup səkkiz hərbçidən ibarət olub.