AZ

Yanğında həlak olan Könül Vəlibəylinin qızının son vəziyyəti...

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Xəyalə Rəis məlumat yayıb:

"Ləmanı Yeni Klinikaya gətirdiyimiz zaman onun ürəyi bir neçə dəfə dayanmışdı və yaşamaq şansı çox az idi. Amma çox şükür ki, gözlədiyimiz möcüzə baş verdi - Ləman ayıldı. Hazırda vəziyyəti yaxşılaşır: danışır, qidalanır və özünü daha yaxşı hiss edir".

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
10
axar.az

10Mənbələr