AZ

Məşhur kurortda QƏTLİAM – Maşın cızığına görə 3 nəfəri ÖLDÜRDÜ – FOTO/VİDEO

Çindəki məşhur kurortda qətliam baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiyalı turistlərin sevimli məkanında baş verən hadisə səbəbindən səyahətlər kütləvi şəkildə ləğv edilir.

Hadisə rusiyalı turistlər arasında populyar olan Sanya kurortunda baş verib. Çinli kişi bıçaqla üç nəfərə hücum edərək onları qətlə yetirib.

Məlum olub ki, qanlı olayın səbəbi köhnə inciklik – 2023-cü ildə avtomobilində yaranmış cızıq olub. Kişiyə elə gəlib ki, o, həmin hadisənin ehtimal olunan günahkarlarını görüb və bıçaqla onlara hücum çəkərək qisas almaq qərarına gəlib.

Baş verənlər rusiyalı turistlər arasında böyük təşvişə səbəb olub.

Fövqəladə hadisədən sonra turizm kanallarında Çin kurortlarının təhlükəsizliyi məsələsi müzakirə mövzusuna çevrilib və səyahətçilərin bir qismi bu istiqamətə olan turlarını ləğv ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr