Bakı. Trend:
Amerikalı sahibkar İlon Maskın “SpaceX” kosmik şirkəti mobilrabitə bazarına daxil olmaq üçün “Starlink Mobile” ticarətmarkasının qeydiyyatı üçün müraciət edib.
Trend“PhoneArena”ya istinadən xəbər verir ki, şirkət mobil rabitə üçünistifadə olunan “AWS-3” spektrini “EchoStar” operatorundan almaqməqsədilə əlavə 2,6 milyard dollar cəlb edib.
“Starlink” ənənəvi rabitə üsullarından, o cümlədən mobilinfrastruktur üçün nəzərdə tutulan baza stansiyaları və rabitəqüllələrindən istifadə edərək xidmət göstərə bilər. Lakin layihəninəsas məqsədi yerüstü baza stansiyalarına və mobil qüllələrinə bağlıolmayan, tamamilə müstəqil kosmik mobil şəbəkə yaratmaqdır.
“Starlink Mobile” markası SpaceX-in telekommunikasiyaxidmətlərini təsvir etmək üçün istifadə olunacaq. Bu xidmətlərəvideoməlumatların və digər məlumatların adi mobil cihazlara kosmikpeyk rabitəsi vasitəsilə ötürülməsi daxildir.
Bundan əlavə, SpaceX “Powered by Starlink” adlı daha bir ticarətmarkasının qeydiyyatı üçün müraciət edib. Bu marka qlobal rabitəoperatorlarına öz peyk qruplaşmalarını yaratmadan Starlinkimkanlarını şəbəkələrinə inteqrasiya etməyə şərait yaradacaq.