AZ

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

Bakı, 8 dekabr, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasının (TŞ) dekabrın 9-da Ukrayna ilə bağlı açıq iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-yə sədrlik edən Sloveniyanın BMT yanında Daimi Nümayəndəliyinin mətbuat xidməti məlumat verib.

Görüşün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 19:00) başlaması planlaşdırılır. Görüşü Sloveniya, həmçinin Danimarka, Fransa, Böyük Britaniya, Yunanıstan və Koreya Respublikası öz milli statusunda tələb edib.

Seçilən
29
6
azertag.az

10Mənbələr