AZ

Almaniyada Lenin küçələrinin adları dəyişdirilə bilər

Almaniya parlamenti Sovet dövrünün şəxsiyyətlərinin adlarını daşıyan yerlərin adlarının dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıb...

Poliqon Bild-ə istinadən xəbər verir ki, Bundestaqın Repressiya Qurbanları üzrə Komissarı Eveline Zupke, digərləri ilə yanaşı, Vladimir Leninin adını daşıyan küçələrin də adlarının dəyişdirilməsini tələb edib.

Bild qeyd edir ki, Şərqi Almaniyada ondan çox Lenin küçəsi, eləcə də Otto Grotevohl (1949-cu ildən 1964-cü ilə qədər ADR Nazirlər Şurasının rəhbəri-red.) və Vilhelm Piekin (ADR-in keçmiş prezidenti və hakim Almaniya Sosialist Birlik Partiyasının həmtəsisçisi-red.) adlarını daşıyan küçələr var.

Xanım Zupke bildirib: "Birləşmədən otuz beş il sonra heç bir küçəyə Lenin, Otto Grotevohl və ya Vilhelm Piekin adı verilməməlidir.

O izah edib ki, yuxarıda adı çəkilən tarixi şəxsiyyətlər minlərlə insanın əzablarını xatırlayır, küçələrə isə görkəmli şəxslərin adları verilməlidir.

Bild qeyd edir ki, Sovet dövrünə aid yer adlarının dəyişdirilməsi mövzusu Almaniya cəmiyyətində müntəzəm olaraq müzakirələrə səbəb olur. Yerli hakimiyyət orqanları bununla razılaşmır.

Poliqon.info

Seçilən
12
1
poliqon.info

2Mənbələr