AZ

Vatikan yerli mədəniyyət sərvətlərini Kanadaya qaytardı

100 ildən artıq müddətdə Vatikan Muzeyində saxlanılan Kanada hindularına məxsus 62 mədəni artefakt Kanadaya qaytarılıb.

QHT.az xəbər verir ki, bu əşyalar 1923–1925-ci illərdə katolik missionerlər tərəfindən Romaya aparılmış və sonradan muzeyə təhvil verilmişdi. Artefaktlar müvəqqəti olaraq Kvebek ştatının Qatineau şəhərindəki Kanada Tarixi Muzeyində saxlanılacaq. Qaytarılan nümunələr arasında 4,4 metrlik, ən azı 100 yaşı olan “Papa's Kayak” da yer alır. Repatriasiya prosesi 2021-ci ildə yaşayış məktəbləri ilə bağlı aşkar edilən kütləvi məzarlardan sonra sürətlənib.

 

R.İmanov

Seçilən
5
qht.az

1Mənbələr