
“Bundestaq” Vladimir Leninin, eləcə də keçmiş Almaniya Demokratik Respublikasının (ADR) xadimlərinin adlarını daşıyan küçələrin adının dəyişdirilməsini tələb edib.
Yeniavaz.com bu barədə Almaniya Sosialist Birlik Partiyasının (ADR zamanı hakim partiya idi) repressiya qurbanları üzrə Bundestaq komissarı Evelin Zupke bildirib.
“Almaniyanın yenidən birləşməsindən 35 il sonra heç bir küçəyə Leninin, Otto Qrotevolun (1949-1964-cü illərdə ADR Nazirlər Şurasının sədri) və ya Vilhelm Pikin (Almaniya Sosialist Birlik Partiyasının həmtəsisçisi, ADR-in keçmiş prezidenti) adı verilməməlidir. Küçə adları bu gün demokratik cəmiyyətimiz tərəfindən minnətdarlıq ifadəsidir. Bu şəxslər, əksinə, minlərlə qurbanın iztirablarını təmsil edirlər”, - o əlavə edib.