AZ

Sabunçu və Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

Paytaxtın Sabunçu rayonunda mağazaların birində talama faktı olub.
 
Rayonun Maştağa qəsəbəsindəki marketin saxlanc yerində müştərinin gödəkcəsindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı R.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində qızıl-zinət əşyası, 2 ədəd qol saatı olan çantanı talamaqda şübhəli bilinən X.Cəbrayılova da müəyyən edilərək saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Seçilən
5
4
7news.az

5Mənbələr