Türkiyənin Hatay bölgəsində dəhşətli hadisə baş verib.
8 yaşlı uşaq dayısı tərəfindən diri-diri torpağa basdırılıb.
Belə ki, Muhammed Eldavud tərəfindən 8 yaşlı Amir Alcadduh torpağa basdırılıb. Uşaq aparılan genişmiqyaslı axtarışlar nəticəsində 50 saat sonra xilas edilib. Uşaq daş-torpaqla örtülmüş və kəllə sümüyü qırılmış vəziyyətdə tapılıb.
Xilasetmə zamanı azyaşlı komanda üzvlərinə əmisi tərəfindən döyülərək basdırıldığını bildirib.
Hadisə ilə bağlı saxlanılan Muhammed Eldavud məhkəmə tərəfindən (qəsdən adam öldürməyə cəhd) ittihamı ilə həbs olunub.
Uşağın vəziyyəti ağır olaraq qalır.