"Rusiyanın Avropadakı dondurulmuş aktivlərindən Ukraynaya “təzminat krediti” kimi istifadə etmək risklidir və müzakirə olunan təkliflərin heç biri beynəlxalq hüquqa uyğunluğa zəmanət vermir".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İtaliyanın Avropa məsələləri üzrə naziri Tommaso Foti deyib.
"Bizim üçün siyasi maraqların beynəlxalq hüquqa uyğunluqla balanslaşdırılması vacibdir. Bu isə ciddi problemdir. Müzakirə olunan təkliflərin heç biri beynəlxalq hüquq normalarına uyğunluğa zəmanət vermir", - o qeyd edib.
Nazir həmçinin etiraf edib ki, aparıcı Avropa dövlətləri indiyədək sülh prosesinə təsir göstərə bilməyib və danışıqlara töhfə verib.
Bundan əvvəl Avropa Komissiyası Ukraynanın 2026-2027-ci illərdə maliyyələşdirilməsi üçün “təzminat krediti” sxemi adı altında Avropadakı 210 milyard avro dəyərində dondurulmuş Rusiyanın bütün aktivlərini müsadirə etmək planını açıqlamışdı.