Azərbaycan (AXCP) xalqına qarşı Cəbhə Partiyasının Sədri Əli Kərimlinin yarımçıqlıq trayektoriyası yalnız Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yarımçıqlığı ilə oxşarlıq təşkil edir
Əli Kərimlinin Azərbaycan cəmiyyətinə yaxşı tanış olan xəyanətkar və dönük obrazını xatırlatmağa ehtiyac olmasa da, onun uşaqlıq və gəncliyindən indiyə qədər izləyən xarakterində və bioqrafiyasında əbədi həkk olunmuş Yarımçıqlıq kompleksini təqdim etməyi fikirləşdik.
Kərimlinin yarımçıqlığını bir neçə fakt-epizod üzərində ifadə etməyə çalışdıq.
Tələbəlik dövründəki yarımçıqlıq. Ə.Kərimli deyir ki, mən Birinci Qarabağ müharibəsi başlayanda təhsilimi yarımçıq qoyub cəbhəyə yollandım. Onun Qarabağa gedib vuruşması, səngərdə əlində silah tutması barədə konret fakt və məlumat yoxdur və cəbhədə hansı xarüqadələr yaratması, uğurlu əməliyyatlarda iştirakını etiraf edən cəbhə yoldaşına da rast gəlinmir. Onun cəmiyyət üçün olduqca həssas olan bu mövzuda xaltura etməsi və süni vətənpərvərlik görüntüsü yaratması əslində fərarilikdən heç nə ilə fərlənmir. Bu isə özlüyündə Kərimlinin saxtakarlığını əks etdirməklə bərabər, onun yarımçıqlıq kompleksini acıq - aşkar biruzə verir.
Yeri gəlmişkən, onun bu “qəhrəmanlığı” 1990-cı ilin 20 yanvar hadisələri vaxtı da ifşa olunub, hadisədən bir gün əvvəl “Leytenant Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü olan Kərimli şəhərin giriş-çıxışında qurulan barrikadalara nəzarət etməli olsa da, tələbə yoldaşları onun aradan sivişib çıxmaq “fərasətinin” şahidi olublar. Yoldaşları onu 20 yanvar gecəsi yataqxanada da görməyiblər, 2 gündən sonra gizləndiyi yerdən çıxdıqdan sonra tapıblar.
Əli Kərimli nə əsgər kimi əsgər, nə də Vətənin dar günündə oğul kimi oğul ola bilməyib, üstəlik 1991-ci ildə bitirdiyi Bakı Dövlət Universitetində arzuladığı müəllimliyi də yarı yolda itirib. Bir müddət universitetdə hüquq üzrə müəllim işləsə də, bu layiqli peşənin öhdəsindən gələ bilməyərək layiqsiz şəkildə yarımçıq buraxıb. Bir neçə ay “Azadlıq” qəzetinin parlament müxbiri kimi çalışsa da jurnalist kimi özünü doğrulda bilmədiyindən bu peşəni də yarıda buraxmalı olub.
Təsadüfən onun başına şahlıq quşu qonub və 1 may 1993-cü ildə Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikasının Dövlət katibi təyin edilib. 1993-cü il 4 iyun hadisələrindən sonra bu vəzifəni də yarımçıq buraxıb. Ulu öndər Heydər Əliyev onu həyat vərdişinə çevrilmiş yarımçıqlıq sindromundan qurtarmaq üçün tutduğu vəzifədə qalmasını istəmişdi, ancaq bioloji natarazlığı və şüurundakı kəsintilər yarımçıqlığa daha çox sədaqətli olduğunu təsdilədi.
Sədaqətsizlik. Böyüyünə, el ağsaqqalına, dövlət rəhbərinə hörmət xalqımızın çoxəsrlik milli adət-ənənələrindən, mənəvi-əxlaqi böyüklüyündən və genetikasından gələn bir tərbiyədir, mədəniyyət nümunəsidir. Xüsusən də cəmiyyətimiz ali təhsilə yiyələnmiş, savadlı insanlardan bu mənəvi keyfiyyətləri daha çox gözləyir. Ancaq sədaqətsizlik və böyüyə qarşı nankorluq, ədəbsizlik və tərbiyəsizlik, eləcə də dönüklük Əli Kərimlinin genetik yarımçıqlığının bir norması kimi diqqəti cəlb edir. Məsələn, öyünərək deyir ki, Heydər Əliyev Milli Məclisə gələndə hamı ayağa dursa da, mən qalxmırdım. O, bunu cəsarətlilik kimi təqdim etməyə çalışsa da, anlamır ki, siyasi əxlaq baxımından bu, cəmiyyət tərəfindən mədəniyyətsizlik və tərbiyəsizlik kimi qarşılanır. Bu, dövlət katibi vəzifəsində cəmi 1,5 ay işləmiş bir şəxsin dövlət tərbiyəsini mənimsəyə bilməməsinin təzahürüdür. Elə çox güman ki, BDU-nun auditoriyasında bu cür nalayiq davranışına görə, onun müəllim kimi çalışmasını məqsəduyğun hesab etməyiblər.
Vaxtilə ağsaqqalı və rəhbəri olmuş, siyasi karyerasında ona heç vaxt ağlına gətirmədiyi yolu açmış Elçibəyə qarşı davranışlarında da ədəbsizliyi aydın şəkildə özünü büruzə verirdi. Dövlət katibi işlədiyi dövrdə Kərimli Elçibəyə qarşı elə bir mənəviyyatsızlıq mühiti formalaşdırmışdı ki, hakimiyyətdəki bəzi şəxslər Prezidentə nifrətəbənzər müraciətlər edir, sanki ələ salmağa çalışırdılar. Rusiyada səfir vəzifəsində çalışan Hikmət Hacızadənin Əbülfəz Elçibəyə yazdığı hesabat xarakterli sənədi katibəsinə diqtə edərkən işlətdiyi qeyri-etik ifadələr olduğu kimi də hesabatda əks olunmuşdu. Elçibəy Kələkidə olduğu zaman “Azadlıq” qəzetində onun müsahibəsini uyğunsuz bir şəkillə ən son səhifədə yerləşdirilməsi də Kərimlinin məqsədli şəkildə eks-Prezidenti ələ salmaq tərbiyəsindən irəli gəlirdi.
AXCP “Sədri”. Əli Kərimli Partiya Sədri kimi yarımçıq Sədr obrazı ilə tanınır. Onun sayəsində AXCP cəmiyyətin yaddaşında yarımçıq partiya kimi iz buraxıb.
İllər ötdükcə AXCP daxilində baş verən qarşıdurmalar təşkilatın “islahatçılar” və “klassiklər”ə bölünməsinə səbəb olub, 2000-ci ildə Əbülfəz Elçibəyin vəfatından sonra bu proses daha açıq müstəviyə keçməklə, BAXCP, KXCP, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azad Demokratlar Birliyi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası və s. təşkilatlara bölünüb. Bir sözlə, Əli Kərimli yarılaraq darmadağın olan partiyasında əqidəsi və tərbiyəsi yerində olmadığından özü kimi yarımçıq və natamam tör-töküntülərini ətrafına cəmləyib.
Yarımçıq hüquqşünas. Kərimli ixtisasca hüquqşünas olsa da, onun bu şərəfli peşədə də adına şərəf gətirə biləcək heç bir uğuru olmayıb. Əksinə o, əsas qayəsi haqq-ədalət olan hüquq sisteminə də xəyanət edərək dəqiqlik, əsaslı sübut və dəlilllərə əsaslanan hüquqçuluğun prinsiplərinə qarşı çıxıb. Fakt və sübutları, rəsmi məlumatları təkzib etmək ali hüquq normalarını danmaqla bərabər, saxtakarlıq deməkdir. Kərimlinin bu saxtakarlığına da diqqət edək. 2020-ci ilin iyulunda baş vermiş Tovuz hadisələri zamanı meyitlərini döyüş əməliyyatları gedən ərazilərdə qoyub qaçan və yüzlərlə yaralısını köməksiz buraxan Ermənistan Ordusunun çarəsiz durumunu Ermənistan Müdafiə Nazirliyi öz məlumatlarında təsdiqləsə də, Kərimli bunlara inanmadığını, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərin itkiləri barədə açıqladığı rəqəmləri şişirtmə adlandırırdı. Həmin hadisələr zamanı digər açıqlamasında “Biz bir qarış torpaq almadan şəhid vermişik” deməklə neçə-neçə şəhidimizə həqarət edir, general Polad Həşimovun ruhuna qarşı xəyanətkarlığını göstərirdi. Eləcə də Naxçıvanda Cünnüt əməliyyatını Azərbaycan Ordusunun uğurlu əməliyyatı kimi dəyərləndirə bilmədiyindən iddia edirdi ki, ordumuz boş və nəzarətsiz torpaqları tutub. Bu, öz Milli Ordusuna qarşı çıxmaq, milli xəyanət və Ermənistan Müdafiə Nazirliyinin təşviqatına növbəti dəstək idi.
44 günlük Vətən müharibəsi zamanı Sevinc Osmanqızının yayımına çıxan Əli Kərimli Azərbaycan Müdafiə Nazirliyini “təkzib” edərək yenə də erməni propaqandasının tez-tez xatırlatdığı fikrə istinadən “Azərbaycan Ordusunun şəhid sayı 4 mindən daha çoxdur” deməklə bir daha öz dövlətindən və ordusundan çox erməni mənbələrinə inandığını təsdiqləyir.
Ə.Kərimli utanmadan Türkiyə və Pakistan Silahlı Qüvvələrinin komando birliklərinə məxsus şəklin montaj olunmuş formasını Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə aid olan şəkil kimi təqdim edərək insanları qıcıqlandırmaq kimi ucuz vasitəyə əl atırdı.
Bir vaxtlar “Rusiya sülhməramlıları Azərbaycandan çıxmayacaq”və “Azərbaycan dövləti separatçıları öz ərazisindən çıxarmaq gücündə deyil” kimi iddiaları irəli sürən Əli Kərimli fakt qarşısında qaldıqdan - yəni həm separatizm aradan qaldırıldıqdan, həm də sülhməramlıların çıxarılması barədə qərar qəbul və icra edildikdən sonra dövlətin və iqtidarın ünvanına “özlərini elə aparırlar ki, guya böyük bir iş görüblər" deyirdi. Azərbaycan hakimiyyətinin uğurlu siyasəti - hərbi-strateji və diplomatik kursu sayəsində ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunması Əli Kərimlinin öz natamamlıq sindromundan irəli gələn “yarımçıq proqnoz”larını da alt-üst etdi.
Vaxtilə Azərbaycan əsgərini aşağılamaqdan çəkinməyən, “Azərbaycan ordusu Qarabağı almaq gücündə deyil” kimi sifarişli “şüarlar” səsləndirən, müharibə dövründə isə bir şəhidin dəfnində belə iştirak etməyən, bir qazi ilə görüşməyən Əli Kərimli ancaq Rusiya mövzusundan ağızdolusu danışırdı.
Azərbaycan dövləti öz torpaqlarını işağldan azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra Ali Baş Komandan İlham Əliyevin qalib Sərkərdəliyinə qıcqanclıqla yanaşan və o vaxt hələ Xankəndi alınmadığına görə, Prezidenti yarımçıq təbrik edən Kərimli özünün yarımçıqlığını burada da göstərirdi.
Vaxtilə “Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi olmamalıdır” deyən yarımçıq təxəyyülün sahibi ötənilki müsahibələrindən birində “Rusiyanın Cənubi Qafqazda mövcudluğu vacibdir”, yaxud “Rusiya regionda öz mövqeyini bərpa etmək üçün heç şübhəsiz ki, Cənubi Qafqazda üzləşdiyi bu uğursuzluqla barışmayacaq və bölgə dövlətləri üzərində öz nəzarətini bərpa etmək üçün təzyiq göstərməyin yeni yollarını axtaracaq” fikirləri ilə Kremlə yarınırdı.
Almaniyanın “Frankfurter Rundschau” qəzetinə müsahibədə Əli Kərimli jurnalistin “Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi” sualına cavabında Kərimli “Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur” deməklə əslində hansı səmtdə olduğunu təsdiqləyirdi.
Bu, onun üçün vəzifə, hakimiyyət naminə istənilən qüvvə ilə əməkdaşlıq etmək ümummilli dəyərlərdən, dövlət maraqlarından daha üstün olduğunu göstərir. Ancaq Kərimlinin Moskvaya bu cür bağlılığı da yarımçıq olduğundan Kreml onu yarı yolda buraxdı.
Tarixin ironiyasıdır ki, yarımçıqlıq kompleksi Əli Kərimli haqqında məhkəmənin verdiyi həbs-qəti imkan tədbiri barədə qərarında da özünü göstərib, adətən məhkəmələr 2 və ya 3 aylıq həbs-imkan tədbiri seçir. Kərimli barəsində bu qərarın müddətinin 2,5 ay olması da yarımçıqlıq xronologiyasının daha bir epizodudur.
Yeri gəlmişkən, Əli Kərimlinin yarımçıqlıq trayektoriyası yalnız Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yarımçıqlığı ilə oxşarlıq təşkil edir. T. Mehdiyev də Əli Kərimli kimi müxtəlif sahə və strukturlarda sona qədər işləyə bilməyib və hər bir sahədən yarımçıq ayrılmaqla dövlətin mühüm vəzifələrində natamamlıq kompleksi yaradıb.
“Yeni Azərbaycan”