Ukrayna Təhlükəsizlik Xidməti qüvvələri Rusiyanın "Metafraks Kemikals" kimya zavoduna dron hücumu həyata keçirib. Zavod Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna-ya Təhlükəsizlik Xidmətindəki mənbələr məlumat verib.
Mənbələrə görə, UTX-nin Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin dronları Perm diyarındakı Rusiya zavoduna hücum edib. "Metafraks Kemikals" Rusiya və Avropanın ən böyük metanol istehsalçılarından biridir.
Metanoldan əlavə, o, həmçinin urotropin, karbamid və pentaeritritol istehsal edir. Bu kimyəvi maddələr partlayıcı maddələr və digər hərbi materialların istehsalı üçün lazımdır. Zavod beynəlxalq sanksiyalara məruz qalır.
Hücum zamanı sosial şəbəkələrdə ən azı altı partlayış baş verdiyi bildirilib. İşçilər təxliyə edilib. SBU mənbələri qeyd edir ki, ilkin məlumatlara görə, metanol istehsalı bölməsinə zərbə endirilib.
QAZİLER.AZ