AZ

Beyləqanda yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçdi

Beyləqan rayonunda başlayan yanğın geniş əraziyə yayılıb.

"Yeni Sabah" xəbər verir ki, yanğın hadisəsi rayonun Tatarlar və Eyvazalılar kəndlərinin ərazisində başlayıb.

Yerli sakinlərin verdiyi xəbərə görə, yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib.

Yanğının söndürülməsinə Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Telegram kanalımız
Seçilən
57
3
yenisabah.az

4Mənbələr