Beyləqanda genişmiqyaslı yanğın olub.
Xəbərə görə, küləkli hava şəraitində kolluq ərazidə başlayan yanğın rayonun Eyvazalılar Tatarlar kənd ərazisndə yerləşən meşə massivinə keçib.
Məlumata görə, yanğının genişmiqyaslı olması səbəbindən ətraf rayonların yanğınsöndürən bölməsinin də cəlb olunması ilə bağlı taöşırıq verilib.
***
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yanğın baş verən əraziyə polis əmədaşları da cəlb olunublar.
Bildirək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Əlavə məlumat veriləcək.


