AZ

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə fövqəladə hallar üzrə təlim keçirilib

Müdafiə Nazirliyinin Yanğından Mühafizə İnspeksiyası və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə birgə təlim keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, müvafiq canlı qüvvə və texnikanın cəlb edilməsi ilə keçirilən təlimin məqsədi fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və şəxsi heyətin xilasetmə üzrə peşəkarlığının artırılmasıdır.

Əvvəlcə yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Təlimin praktiki hissəsində isə müəssisə ərazisində şərti yanğının söndürülməsi və digər tapşırıqlar üzrə fəaliyyətlər yerinə yetirilib, yanğın təhlükəsizliyinə məsul əməkdaşlara maarifləndirici materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

c0f478ed5844e1e0e1fdf2683a557715

ada7b8ede90a9fdeaacb23b390d52816

b1f65683450ee4c4fa2399b07766485f

8bc27f5eaec121a61c306179c1e066a1

Seçilən
73
7
poliqon.az

8Mənbələr