AZ

Hərbi Liseydə fövqəladə hallar üzrə təlim keçirilib - VİDEO

Müdafiə Nazirliyinin Yanğından Mühafizə İnspeksiyası və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə birgə təlim keçirilib.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müvafiq canlı qüvvə və texnikanın cəlb edilməsi ilə keçirilən təlimin məqsədi fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və şəxsi heyətin xilasetmə üzrə peşəkarlığının artırılmasıdır.
Əvvəlcə yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Təlimin praktiki hissəsində isə müəssisə ərazisində şərti yanğının söndürülməsi və digər tapşırıqlar üzrə fəaliyyətlər yerinə yetirilib, yanğın təhlükəsizliyinə məsul əməkdaşlara maarifləndirici materiallar təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Hərbi Hərbi Hərbi Hərbi
Seçilən
27
7
apa.az

8Mənbələr