AZ

Anna İbrahimbəyova: İncəsənət bizə diqqətdən kənarda qalanları görməyi öyrədir

Bakı, 20 fevral, Günel Alıyeva, foto – Azər İbrahimov, AZƏRTAC

İncəsənət çox böyük əhəmiyyət kəsb edir, o cümlədən təhsil nöqteyi-nəzərindən. Müxtəlif fotoqrafların əsərlərinə müraciət etsək, aydın olur ki, hər kəs dünyanı özünəməxsus şəkildə görür.

Bu barədə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova “Sirlərin aynası” adlı fərdi foto sərgisinin açılışı zamanı AZƏRTAC-ın müxbirinə verdiyi şərhdə bildirib.

“Mən sadəcə olaraq insanlara gündəlik həyatda çox vaxt gözardı etdikləri şeylərə diqqət yetirməyə - adi olanı fərqli bucaqdan görməyi təklif edirəm”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, layihənin təhsil missiyası tamaşaçını ətrafdakılara daha diqqətlə baxmağı öyrətməkdən ibarətdir: “Burada uydurma, süni yaradılmış süjetlər yoxdur – bu, həqiqətən də təbiətdə olan, sadəcə kamera ilə çəkilənlərdir. İnsanlar gəlir və dərhal adətən gözardı etdikləri detalları görürlər”.

Seçilən
42
1
azertag.az

2Mənbələr