AZ

Baş dirijor: Məqsədimiz muğam sənətini yeni səslənmədə təqdim etməkdir

Bakı, 20 fevral, Gülay Nəzərova, foto - Tofiq Babayev, AZƏRTAC

Bu gün Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə olaraq “Zabul Segah” və “Bayatı-Kürd” muğam dəstgahları Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə xanəndələrin ifasında təqdim edildi. Bu konsert muğamın ənənəvi ifa üslubu ilə orkestr müşayiətinin uyğunlaşdırılması baxımından əhəmiyyətli hadisədir.

Bunu AZƏRTAC-a açıqlamasında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru Mustafa Aşurov deyib.

O qeyd edib ki, konsertin əsas məqsədi muğam sənətini yeni səslənmədə təqdim etmək, klassik dəstgah ənənəsini orkestr müşayiəti ilə daha geniş və zəngin çalarda tamaşaçılara çatdırmaqdır: “Proqramın müasir dövrün muğam şöbələri ardıcıllığına uyğun qurulması məqsədilə Səid Rüstəmovun orkestr üçün işlədiyi muğam rəngləri ilə yanaşı, orkestrin kamança ifaçısı, Azərbaycan Milli Konservatoriyasının dirijorluq ixtisası üzrə müəllimi Rəmziyyə Bəhramlının və mənim orkestr üçün yeni işləmələrimiz də həmin dəstgahlara daxil edilib".

Seçilən
35
1
azertag.az

2Mənbələr