AZ

Zelenski sabah Parisdə Makronla görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Fransaya səfər edəcək.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Məlumata görə, Zelenski Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə görüşəcək.

Görüş zamanı tərəflər Ukraynanın özünümüdafiəsinə dəstək üçün Fransa və Avropa tərəfdaşlarının yardımlarını, həmçinin Rusiyaya təzyiqin artırılması yollarını müzakirə edəcək.

Bundan əlavə, Ukraynada ədalətli və davamlı sülhün şərtləri barədə fikir mübadiləsi aparılacaq.

"Cebheinfo.az"

Seçilən
23
6
cebheinfo.az

7Mənbələr