AZ

3 dəfə ölüm vəziyyətinə düşdü, eyni təcrübəni yaşadı: Həmin anda nə görüb?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

NASA və ABŞ Hərbi Dəniz Qüvvələrində çalışmış alim, 55 yaşlı İnqridd Honkala üç dəfə ölüm həddindən keçdiyini və hər dəfə eyni təcrübəni yaşadığını iddia edib. O, bu hadisələrdən sonra ölüm qorxusunu tamamilə itirdiyini bildirib.Demokrat.az xəbər verir ki, Honkala elmi sahədə – dəniz elmləri üzrə doktorluq dərəcəsinə malik olduğunu və həyatında 2, 25 və 52 yaşlarında üç ayrı dəfə ölümcül təhlükə yaşadığını deyir.İlk hadisə 2 yaşında su çəninə düşməsi ilə, ikinci dəfə motosiklet qəzası, üçüncü dəfə isə cərrahi əməliyyat zamanı qan təzyiqinin kəskin düşməsi nəticəsində baş verib. Honkalanın iddiasına görə, hər üç vəziyyətdə o, eyni şüur vəziyyətinə düşüb və oxşar reallıq hissi yaşayıb.O, bu anları belə təsvir edib: "Panik yox idi, dərin bir sakitlik var idi. Sanki bədənimdən ayrılmışdım. Özümü suyun içində görürdüm. Zaman, qorxu və düşüncə yox idi. Hər şeyin bir-biri ilə bağlı olduğunu hiss edirdim. Sevgi və şüurla dolu geniş bir məkanın içində idim".Honkala həmçinin anası ilə həmin anda “sözsüz bir şüur əlaqəsi” yaşadığını iddia edib və bu hadisənin sonradan anası tərəfindən də təsdiqləndiyini bildirib.Alimin sözlərinə görə, sonrakı illərdə motosiklet qəzası və əməliyyat zamanı da eyni şüur vəziyyətini təkrar yaşayıb. O, bu hallardan sonra ölüm qorxusunu tam itirdiyini vurğulayıb. Honkala bəzən “işıq varlıqları” kimi təsvir etdiyi təcrübələr yaşadığını da iddia edir və bunları sözsüz şüur ünsiyyəti kimi izah edir.Mütəxəssislər bu tip təcrübələrin ağır fiziki stress, oksigen çatışmazlığı və ya nevroloji proseslərlə əlaqəli ola biləcəyini bildirir. Lakin Honkala yaşadıqlarının sadəcə bioloji proseslərlə izah olunmadığını düşünür.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
demokrat.az

1Mənbələr