AZ

Bakının Nəsimi rayonunda 50 milyona park salınır

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 hektar ərazidə yeni istirahət parkı salınır.

 

Pravda.az-ın xəbərinə görə, parkın salınmasına 49 440 118 AZN sərf olunması nəzərdə tutulur.

 

Sifarişçi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dir. İcraçı isə hələlik müəyyənləşməyib. Hazırda işi həyata keçirmək istəyən şirkətlərin müraciətləri dəyərləndirilir.

 

Cabir

Tarix: 15 May 2026, 16:14   
Seçilən
88
pravda.az

1Mənbələr