AZ

Anam məni diktor bilirdi, öpüşmə səhnəmi görəndə xəstəxanalıq oldu

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Məşhur aktrisa Songül Öden illər əvvəl rol aldığı layihədəki bəzi epizodlarla bağlı maraqlı etiraflar edib. Sənətçi çəkiliş zamanı yaşananların ailəsində ciddi narahatlığa səbəb olduğunu bildirib.Demokrat.az xəbər verir ki, bunu aktrisa qonaq olduğu proqramların birində deyib. Onun sözlərinə görə, "Gümüş" serialındakı öpüşmə səhnələri anasının səhhətində problemlər yaradıb. Həmin görüntülərə görə anasının qan təzyiqi kəskin yüksəlib və o, bir neçə dəfə xəstəxanaya yerləşdirilib.Aktrisa karyerasının ilk illərində ailəsinin bu peşəyə yanaşmasından da danışıb. O, anasının aktrisa olmasına əvvəlcə etiraz etdiyini bildirib. Songül Öden anasını razı salmaq üçün ona yalan söylədiyini də gizlətməyib. O, anasına televiziya kanalında diktor olacağını deyərək onu aldatdığını vurğulayıb. Sənətçi hazırda anasının onun uğurları ilə fəxr etdiyini və keçmişdə yaşananları artıq zarafatla xatırladıqlarını əlavə edib.

Seçilən
53
demokrat.az

1Mənbələr