AZ

Zibil qabının yanında yeyib içdi, zibillərini isə yerə atdı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda küçəni zibilləyən şəxsin videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 17-də paytaxtın Moskva prospektində — “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.

Belə ki, “Tam Store” mağazasının qarşısında dayanan şəxs əvvəlcə energetik içki içərək qabını yerə atıb. Daha sonra çeynədiyi saqqızın kağızını da yerə tullayıb.

Görüntünü qeydə alan sürücü həmin şəxsə mağazanın qarşısında zibil qabının olduğunu xatırladıb. O isə bunu bildiyini deyib. Buna baxmayaraq, daha sonra çəkdiyi siqaretin kötüyünü də yerə atıb.

Qeyd edək ki, bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
avtosfer.az

1Mənbələr